- Millətlər liqası
- 23:16 03.10.2026
UEFA Millətlər Liqasının III turunda Xorvatiya millisi İngiltərəyə 0:7 hesabı ilə məğlub olaraq tarixinin ən ağır yenilgisini alıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Xorvatiyanın Riyeka şəhərindəki eyniadlı stadionda keçirilib. Görüşün baş hakimi Almaniyanın Bremen şəhərindən olan Sven Yablonski olub.
Bundan əvvəl Xorvatiyanın ən ağır məğlubiyyəti 2018/2019 mövsümündə Millətlər Liqasında İspaniyaya 0:6 hesabı ilə uduzması idi.
Xorvatiya Millətlər Liqasının ilk üç turunda iki məğlubiyyət alıb. Komanda 3 xalla qrupda üçüncü pillədə qərarlaşıb.
Xorvatiya yığması cari toplanış çərçivəsində sonuncu oyununu oktyabrın 6-da evdə İspaniyaya qarşı keçirəcək.