- Millətlər liqası
- 23:16 03.10.2026
İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənib.
90deqiqe.Az-ın məlumatına görə, bu, onun milli komandada səfərdə keçirdiyi ardıcıl altıncı oyunda vurduğu qol olub.
Bununla da “Bayern”in hücumçusu İngiltərə millisinin 78 il əvvəl müəyyənləşdirilmiş rekordunu təkrarlayıb.
Harri Keyndən əvvəl İngiltərənin yalnız üç futbolçusu milli komandanın səfər oyunlarında ardıcıl altı görüşdə qol vurmağı bacarıb. Bunlar Ceyms Uindric, Tom Finni və sonuncu dəfə 1948-ci ildə bu uğura imza atan Sten Mortensen olub.
Keynin səfər oyunlarındakı qol seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya yığmalarının qapılarına vurduğu qollar daxildir.