4 oktyabr 2026. Bazar günü

“Bu gün İngiltərə millisindən gözlənilən hər şeyi göstərdik”


“Bu gün İngiltərə millisindən gözlənilən hər şeyi göstərdik”

İngiltərə millisinin hücumçusu Bukayo Saka seçmə mərhələsi çərçivəsində Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “BBC” futbolçunun sözlərini belə çatdırıb.

“Bu, möhtəşəm axşam idi. İlk dəqiqələrdən yüksək səviyyədə oynadıq, böyük enerji və əzmlə mübarizə apardıq, rəqibi cəzalandırdıq və oyundan zövq aldıq”, - deyə futbolçu bildirib.

Saka İngiltərə millisinin gözləntiləri doğrultduğunu vurğulayıb:

“Bizdə olan aclığı, ehtirası və keyfiyyətləri nümayiş etdirdik. Bu, hər şeyin qarışığı idi. Bu gün İngiltərə millisindən gözlənilən hər şeyi göstərdik. Buna görə də özümüzlə çox fəxr edirik”.

Qeyd edək ki, İngiltərə 6 xalla qrupda ikinci pilləyə yüksəlib. Eyni xala malik İspaniya bu gün Çexiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xorvatiyanın 3, Çexiyanın isə 0 xalı var.







Millətlər liqası

İslandiya Bolqarıstana şans vermədi
  • Millətlər liqası
  • 00:02 04.10.2026
İslandiya Bolqarıstana şans vermədi
“Heç vaxt belə Xorvatiya görməmişəm”
  • Millətlər liqası
  • 23:56 03.10.2026
“Heç vaxt belə Xorvatiya görməmişəm”
"Lamin Yamal “Qızıl top”u qazanacaq"
  • Millətlər liqası
  • 23:16 03.10.2026
"Lamin Yamal “Qızıl top”u qazanacaq"
“Onunla oynadığım üçün xoşbəxtəm”
  • Millətlər liqası
  • 23:06 03.10.2026
“Onunla oynadığım üçün xoşbəxtəm”
Elçin Məsiyevə UEFA-dan beynəlxalq təyinat
  • Millətlər liqası
  • 17:21 03.10.2026
Elçin Məsiyevə UEFA-dan beynəlxalq təyinat