6 oktyabr 2026. Çərşənbə axşamı

"Lamin Yamal “Qızıl top”u qazanacaq"


"Lamin Yamal “Qızıl top”u qazanacaq"

İspaniya millisinin müdafiəçisi Mario Xila komanda yoldaşı Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.

90deqiqe.Az-ın “Pianeta Milan"a istinadən məlumatına görə,  Xila 2024-cü ildə Avropa çempionu olan və hazırda İspaniya ilə dünya çempionluğu yaşayan gənc futbolçunun gələcəyi ilə bağlı danışıb.

“O, çox yaxşıdır, həqiqətən də möhtəşəm futbolçudur. Onun nə qədər yaxşı olması inanılmazdır. O, İspaniya millisinin uğurlarına böyük töhfə verə bilər. Artıq lazımi yetkinliyə sahibdir və ətrafında yaranan səs-küyün təsiri altına düşmür. Düşünürəm ki, o, “Qızıl top”u qazanacaq”, - deyə ispaniyalı müdafiəçi bildirib.

Qeyd edək ki, Lamin Yamal böyük futbola təxminən üç il yarım əvvəl - 2023-cü ilin aprelində daxil olub.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi