18 noyabr 2026. Çərşənbə

İslandiya Bolqarıstana şans vermədi


İslandiya Bolqarıstana şans vermədi

UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda İslandiya millisi Bolqarıstanı 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, İslandiya yığmasının qələbəsində əsas pay sahibi Orri Oskarsson olub. Hücumçu 37-ci dəqiqədə hesabı açıb, ikinci hissədə isə daha bir qol vuraraq komandasının üstünlüyünü artırıb. Görüşdə son nöqtəni isə Mikael-Eqill Ellertsson qoyub.

Bu, İslandiyanın turnirdə üçüncü oyunu olub. Komanda daha əvvəl Estoniya ilə 1:1 hesablı heç-heçə edib, Lüksemburqu isə 3:0 hesabı ilə məğlub edib.

Bolqarıstan isə İslandiya ilə qarşılaşmaya qədər aktivində bir xal toplayıb. Komanda Lüksemburqa 1:2 hesabı ilə uduzub, Estoniya ilə isə qolsuz heç-heçə edib.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb