- Millətlər liqası
- 00:50 04.10.2026
UEFA Millətlər Liqasının III turunda Belarus millisi San-Marinonu 4:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Macarıstanda keçirilən neytral meydandakı qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. 46-cı dəqiqədə Artyom Kontsevoy Belarusun ilk qolunu vurub. 19 dəqiqə sonra Artyom Şumanski fərqi iki topa çatdırıb.
68-ci dəqiqədə Maks Ebong hesabı 3:0-a çatdırıb. Matçın başa çatmasına az qalmış isə Kontsevoy ikinci qolunu vuraraq Belarusun böyükhesablı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, komandalar 2018-ci ildən sonra ilk dəfə üz-üzə gəliblər. Tərəflərin əvvəlki iki qarşılaşmasında da Belarus qalib gəlib – 5:0 və 2:0.