18 noyabr 2026. Çərşənbə

Finlandiya Albaniyaya qarşı geridönüş etdi


Finlandiya Albaniyaya qarşı geridönüş etdi

UEFA Millətlər Liqasında Finlandiya millisi Albaniyanı 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Albaniya oyunun 4-cü dəqiqəsində hesabı açıb. Rey Manay yaranmış fürsətdən istifadə edərək komandasını önə keçirib.

Lakin Finlandiya fasiləyədək hesabı bərabərləşdirib. 26-cı dəqiqədə Leo Valta fərqlənərək 1:1 hesabını təmin edib.

Matçın gedişinə Albaniya millisinin qapıçısı Etrit Berişanın 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması ciddi təsir göstərib. Azlıqda qalan qonaqlar müdafiədə getdikcə daha çox çətinlik yaşayıblar.

Finlandiyanın qələbə qolunu da Valta vurub. Yarımmüdafiəçi 71-ci dəqiqədə ikinci dəfə fərqlənərək meydan sahiblərinə 2:1 hesablı qələbə qazandırıb.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb