18 noyabr 2026. Çərşənbə

İsveçrə Sloveniyaya qalib gəldi


İsveçrə Sloveniyaya qalib gəldi

UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçrə millisi Sloveniyanı 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqlar matçın 2-ci dəqiqəsində hesabı açıblar. Alesha Matkonun ötürməsindən sonra Jan Vipotnik topu İsveçrənin qapısından keçirərək Sloveniyanı önə çıxarıb.

İsveçrə isə 10-cu dəqiqədə hesabı bərabərləşdirib. Sloveniyanın müdafiəçisi Erik Yanşa topu öz qapısına göndərib – 1:1.

Meydan sahibləri fasiləyədək hesabda önə keçməyi bacarıblar. 38-ci dəqiqədə Dan Ndoye hücum zamanı yaranmış fürsətdən istifadə edərək İsveçrənin ikinci qolunu vurub.

İkinci hissədə hesab dəyişməyib. İsveçrə minimal üstünlüyünü qoruyaraq qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb