6 oktyabr 2026. Çərşənbə axşamı

Şotlandiya Şimali Makedoniyaya qalib gəldi


Şotlandiya Şimali Makedoniyaya qalib gəldi

UEFA Millətlər Liqasının qrup mərhələsində Şotlandiya millisi Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqlar qarşılaşmada hesabı 7-ci dəqiqədə açıblar. Billi Gilmorun ötürməsindən sonra Kieron Boui fürsətdən yararlanaraq topu Şimali Makedoniyanın qapısından keçirib – 0:1.

İkinci hissədə də Şotlandiya üstünlüyünü davam etdirib. 70-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin olunub. Con Makqinn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.

Görüşün sonlarında Şotlandiya azlıqda qalıb. 83-cü dəqiqədə müdafiəçi Skott MakkKenna qırmızı vərəqə alaraq meydandan qovulub.

Şimali Makedoniya say üstünlüyündən istifadə edərək fərqi azaltmağa çalışsa da, meydan sahibləri buna nail ola bilməyib. Beləliklə, Şotlandiya 2:0 hesablı qələbəni qoruyub.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi