4 oktyabr 2026. Bazar günü

Jül Kunde Millətlər Liqasının yeni formatını şərh etdi


Jül Kunde Millətlər Liqasının yeni formatını şərh etdi

Fransa millisinin müdafiəçisi Jül Kunde beynəlxalq fasilənin yeni formatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu hazırda yeni sistemə qiymət vermək üçün hələ tez olduğunu bildirib.

“Hazırda bunu qiymətləndirmək çətindir. Artıq 14 gündür buradayıq, əvvəllər belə olmayıb. Qısa müddət ərzində çoxlu oyun keçirməli oluruq. Heyətimiz genişdir, buna görə də məşqçi futbolçuların oyun vaxtını bölüşdürməli olur. Hələ bunun xoşuma gəlib-gəlmədiyini deyə bilmərəm. Düşünürəm ki, nəticə çıxarmaq üçün hələ çox tezdir”, - deyə Kunde “Le Parisien”ə açıqlamasında bildirib.

Qeyd edək ki, Fransa sentyabr ayında Millətlər Liqasına iki qələbə ilə başlayıb. Fransa millisi Türkiyə və Belçikanı 1:0 hesabı ilə məğlub edib.

Zinəddin Zidanın rəhbərlik etdiyi komanda oktyabrın 2-də İtaliya ilə 1:1 hesablı heç-heçə edib.

Fransanın növbəti oyunu oktyabrın 5-də öz meydanında Belçikaya qarşı olacaq.







Millətlər liqası

“PSJ-nin oyunundan ilham alıram”
  • Millətlər liqası
  • 18:27 04.10.2026
“PSJ-nin oyunundan ilham alıram”
Şotlandiya Şimali Makedoniyaya qalib gəldi
  • Millətlər liqası
  • 00:50 04.10.2026
Şotlandiya Şimali Makedoniyaya qalib gəldi
İsveçrə Sloveniyaya qalib gəldi
  • Millətlər liqası
  • 00:47 04.10.2026
İsveçrə Sloveniyaya qalib gəldi
İspaniya Millətlər Liqasında üçdə üç etdi
  • Millətlər liqası
  • 00:44 04.10.2026
İspaniya Millətlər Liqasında üçdə üç etdi
Finlandiya Albaniyaya qarşı geridönüş etdi
  • Millətlər liqası
  • 00:18 04.10.2026
Finlandiya Albaniyaya qarşı geridönüş etdi
Estoniya Lüksemburqu minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:08 04.10.2026
Estoniya Lüksemburqu minimal hesabla məğlub etdi
Belarus San-Marinonu darmadağın etdi
  • Millətlər liqası
  • 00:06 04.10.2026
Belarus San-Marinonu darmadağın etdi