14 oktyabr 2026. Çərşənbə

“PSJ-nin oyunundan ilham alıram”


“PSJ-nin oyunundan ilham alıram”

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandasının oyun fəlsəfəsini formalaşdırarkən PSJ-nin çıxışından ilham aldığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssis Paris klubunun fəal və hücumameyilli futbol nümayiş etdirdiyini, topa sahib olmağa üstünlük verdiyini qeyd edib.

“Böyük ölçüdə, bəli. Bu, fəal oynayan və rəqibi yüksəkdə qarşılayan komandadır. Onlar topun arxasınca qaçmaqdansa, ona sahib olmaq istəyirlər. Mən özüm pleymeyker olmuşam və topla oynamağı sevirdim. Lakin biz sadəcə topa sahib olmaq üçün topa nəzarət etmək istəmirik. Son metrlərdə sürəti artırmağı bacarmalıyıq. Bu, zamanla gələcək”, - deyə Zidan “Le Parisien”ə açıqlamasında bildirib.

Qeyd edək ki, Fransa millisi sentyabr ayında Türkiyə və Belçikanı eyni hesabla - 1:0 məğlub edib. Oktyabrın 2-də isə Fransa İtaliya ilə 1:1 hesablı heç-heçə edib.

Zinəddin Zidanın komandası növbəti oyununu oktyabrın 5-də Belçikaya qarşı keçirəcək.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı