- Millətlər liqası
- 22:07 04.10.2026
İtaliya millisinin hücumçusu Moise Kin Millətlər Liqasında Türkiyə ilə keçiriləcək qarşılaşma öncəsi komanda ilə məşqə çıxmayıb.
90deqiqe.Az-ın “Sky Sport"a istinadən məlumatına görə, 25 yaşlı futbolçu milli komandanın son məşqində ümumi qrupdan kənarda qalıb. Bildirilir ki, Kin son günlər aldığı güclü zərbədən sonra hələ tam bərpa olunmayıb.
İtalyan hücumçunun Türkiyə ilə oyunda iştirak etməyəcəyi təqdirdə Françesko Pio Esposito ehtiyatda qala, onun əvəzinə isə start heyətində Canluka Skamakkaya şans verilə bilər.
Hücumun cinahlarında isə Daniel Maldini və Nikolo Cambiaqi meydana çıxa bilərlər.
Qeyd edək ki, İtaliya - Türkiyə qarşılaşması oktyabrın 5-də Bolonyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.