19 noyabr 2026. Cümə axşamı

Malta Andorranı məğlub etdi


Malta Andorranı məğlub etdi

Millətlər Liqasında Malta və Andorra milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini ikinci hissənin əvvəlində vurulan yeganə qol müəyyənləşdirib.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra isə Malta hesabı açıb. Görüşün 49-cu dəqiqəsində İlyas Şuarefdən ötürmə alan Teddi Teuma topu Andorranın qapısından keçirərək komandasını önə çıxarıb.

Buraxılan qoldan sonra Andorra hesabı bərabərləşdirmək üçün daha fəal hücum etməyə başlayıb. Qonaqlar rəqib müdafiəsinə təzyiq göstərsələr də, Malta bu təzyiqə tab gətirərək minimal üstünlüyünü qoruyub.

Meydan sahibləri ikinci qolu vurmaq üçün də bir neçə imkan əldə ediblər. Lakin bu fürsətlərdən yararlana bilməyiblər və qarşılaşma 1:0 hesabı ilə Maltanın xeyrinə başa çatıb.







Millətlər liqası

“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb