5 oktyabr 2026. Bazar ertəsi

Kosovo son dəqiqələrdə qələbəni əldən verdi


Kosovo son dəqiqələrdə qələbəni əldən verdi

Millətlər Liqasının B Liqasının qrup mərhələsində IV tur çərçivəsində Kosovo və Avstriya milli komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Priştinadakı “Fadil Vokri” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçın baş hakimi portuqaliyalı Antonio Nobre olub.

İlk hissədə hesab açılmayıb. Qarşılaşmada ilk qol 70-ci dəqiqədə vurulub. Kosovo millisinin hücumçusu Fisnik Aslani komandasını önə keçirib.

Lakin meydan sahibləri üstünlüyünü sona qədər qoruya bilməyiblər. Avstriya millisinin forvardı Kristof Lanq 85-ci dəqiqədə hesabı bərabərləşdirib – 1:1.

Bu nəticədən sonra Avstriya dörd oyundan 8 xal toplayaraq 3-cü qrupda liderliyini qoruyub. Kosovo isə 5 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya finalda İspaniyanı əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan və penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada məğlub edib. Portuqaliya Millətlər Liqasını iki dəfə qazanan yeganə komandadır.







Millətlər liqası

Malta Andorranı məğlub etdi
  • Millətlər liqası
  • 22:07 04.10.2026
Malta Andorranı məğlub etdi
“PSJ-nin oyunundan ilham alıram”
  • Millətlər liqası
  • 18:27 04.10.2026
“PSJ-nin oyunundan ilham alıram”
Şotlandiya Şimali Makedoniyaya qalib gəldi
  • Millətlər liqası
  • 00:50 04.10.2026
Şotlandiya Şimali Makedoniyaya qalib gəldi
İsveçrə Sloveniyaya qalib gəldi
  • Millətlər liqası
  • 00:47 04.10.2026
İsveçrə Sloveniyaya qalib gəldi
İspaniya Millətlər Liqasında üçdə üç etdi
  • Millətlər liqası
  • 00:44 04.10.2026
İspaniya Millətlər Liqasında üçdə üç etdi