- Millətlər liqası
- 00:58 06.10.2026
Millətlər Liqasının A Liqasının qrup mərhələsinin IV turunda Portuqaliya və Norveç milli komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Portudakı “Draqau” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın baş hakimi italiyalı Mauritsio Mariani olub.
Qarşılaşmada hesabı 36-cı dəqiqədə Norveç millisinin müdafiəçisi Kristoffer Ayer açıb. Lakin portuqaliyalılar iki dəqiqə sonra cavab veriblər. Joau Kanselu 38-ci dəqiqədə hesabı bərabərləşdirib.
Portuqaliya millisinin hücumçusu Qonsalu Ramuş 79-cu dəqiqədə fərqlənərək komandasını önə keçirib və görüşdə son hesabı müəyyənləşdirib – 2:1.
Meydan sahibləri 86-cı dəqiqədə azlıqda qalıblar. Portuqaliya millisinin yarımmüdafiəçisi Şiku Konseysau qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, Portuqaliya qələbə hesabını sona qədər qoruyub.
Bu nəticədən sonra Portuqaliya 4 oyundan 12 xal toplayaraq 4-cü qrupda liderliyini davam etdirir. Norveç isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya finalda İspaniyanı əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan və penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada məğlub edib. Portuqaliya turnirin ikiqat qalibidir.