5 oktyabr 2026. Bazar ertəsi

Almaniya Yunanıstanla heç-heçə etdi


Almaniya Yunanıstanla heç-heçə etdi

UEFA Millətlər Liqasının A Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin IV turunda Yunanıstan və Almaniya milli komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Salonikidəki “Tumba” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Matçın baş hakimi fransalı Kleman Türpen olub.

Almaniya millisinin hücumçusu Conatan Burkardt 32-ci dəqiqədə hesabı açsa da, qol VAR müdaxiləsindən sonra ləğv edilib. Qərara səbəb meydanın mərkəzində qayda pozuntusunun qeydə alınması olub.

Bu nəticədən sonra Yunanıstan 4 oyundan 8 xal toplayaraq 2-ci qrupda ikinci pillədə qərarlaşıb. Niderland da 8 xalla turnir cədvəlinə başçılıq edir. Almaniya 5 xalla üçüncü, Serbiya isə xalsız sonuncu pillədədir.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya finalda İspaniyanı əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan və penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada məğlub edib. Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.







Millətlər liqası

İrlandiya və İsrail heç-heçə etdi
  • Millətlər liqası
  • 01:01 05.10.2026
İrlandiya və İsrail heç-heçə etdi
Niderland Serbiyanı məğlub etdi
  • Millətlər liqası
  • 00:58 05.10.2026
Niderland Serbiyanı məğlub etdi
Almaniya Yunanıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 00:55 05.10.2026
Almaniya Yunanıstanla heç-heçə etdi
Malta Andorranı məğlub etdi
  • Millətlər liqası
  • 22:07 04.10.2026
Malta Andorranı məğlub etdi
“PSJ-nin oyunundan ilham alıram”
  • Millətlər liqası
  • 18:27 04.10.2026
“PSJ-nin oyunundan ilham alıram”