5 oktyabr 2026. Bazar ertəsi

Niderland Serbiyanı məğlub etdi


Niderland Serbiyanı məğlub etdi

Millətlər Liqasında Niderland və Serbiya milli komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə komandalar ilk hissədə hərəyə bir qol vurublar. Matçın taleyini isə fasilədən sonra vurulan qol müəyyənləşdirib.

Hesabı 31-ci dəqiqədə Tün Kopmeyners açıb. Lakin Niderland fasiləyə üstün yollana bilməyib. Qarşılaşmanın 35-ci dəqiqəsində Mixaylo Svetkoviç cərimə meydançasına göndərilən topa başla zərbə endirərək hesabı bərabərləşdirib.

İkinci hissədə komandalar fəal oyun nümayiş etdirərək növbəti qolu vurmağa çalışıblar. Görüşün 72-ci dəqiqəsində isə Niderland istəyinə çatıb. Coşua Zirkzee uyğun mövqedə peyda olaraq topu Serbiyanın qapısından keçirib və matçda son hesabı müəyyənləşdirib – 2:1.

Beləliklə, Niderland Serbiya üzərində qələbə qazanaraq 3 xal əldə edib.







Millətlər liqası

İrlandiya və İsrail heç-heçə etdi
  • Millətlər liqası
  • 01:01 05.10.2026
İrlandiya və İsrail heç-heçə etdi
Niderland Serbiyanı məğlub etdi
  • Millətlər liqası
  • 00:58 05.10.2026
Niderland Serbiyanı məğlub etdi
Almaniya Yunanıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 00:55 05.10.2026
Almaniya Yunanıstanla heç-heçə etdi
Malta Andorranı məğlub etdi
  • Millətlər liqası
  • 22:07 04.10.2026
Malta Andorranı məğlub etdi
“PSJ-nin oyunundan ilham alıram”
  • Millətlər liqası
  • 18:27 04.10.2026
“PSJ-nin oyunundan ilham alıram”