- Millətlər liqası
- 01:01 05.10.2026
Millətlər Liqasında İrlandiya və İsrail milli komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesab 39-cu dəqiqədə açılıb. İrlandiyanın təşkil etdiyi hücum Troy Parrottun dəqiq zərbəsi ilə yekunlaşıb. Hücumçu fürsətdən yararlanaraq meydan sahiblərini önə keçirib – 1:0. İrlandiya fasiləyədək üstünlüyünü qoruyub.
İkinci hissə başlayandan az sonra İsrail hesabı bərabərləşdirib. Qarşılaşmanın 47-ci dəqiqəsində Dor Perets İrlandiyanın qapısına yol taparaq hesabı 1:1 edib.
Qalan dəqiqələrdə komandalar fərqlənə bilməyiblər və görüş bu hesabla başa çatıb.