6 oktyabr 2026. Çərşənbə axşamı

“İtaliyaya uduzsaq belə, Türkiyədə qalmaq istəyirəm”


“İtaliyaya uduzsaq belə, Türkiyədə qalmaq istəyirəm”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Millətlər Liqasının IV turunda İtaliyaya məğlub olacağı təqdirdə belə, vəzifəsində qalmaq istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Sky Sport Italia” mütəxəssisdən sitat gətirib.

“Mən artıq üç ildir Türkiyə millisinin baş məşqçisiyəm və bununla fəxr edirəm. Komanda mənə həmişə sevgisini göstərib. Hazırda tənqidlər var, amma bu, bizim peşəmiz üçün başadüşüləndir.

Mən hələ də bu sevgini hiss edirəm. Sadəcə son vaxtlar gözləntiləri doğrulda bilmədiyim üçün təəssüf edirəm. Lakin bu, son illərdə əldə etdiyimiz nəticələrlə gözləntiləri özümüzün yüksəltməyimizlə də bağlıdır.

Mən motivasiyalıyam, özümə inanıram və ümumilikdə kifayət qədər sakitəm. Buna görə də, xüsusilə futbolçuların gördüyümüz işə inandıqlarını göstərməsindən sonra, baş məşqçi kimi fəaliyyətimi davam etdirmək istəyirəm”, - deyə Montella bildirib.

Qeyd edək ki, İtaliya ilə oyundan əvvəl Türkiyə millisi qrupda xalsız sonuncu pillədə qərarlaşmışdı. İtaliya isə 4 xalla üçüncü sırada idi.







Millətlər liqası

Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
İrlandiya və İsrail heç-heçə etdi
  • Millətlər liqası
  • 01:01 05.10.2026
İrlandiya və İsrail heç-heçə etdi
Niderland Serbiyanı məğlub etdi
  • Millətlər liqası
  • 00:58 05.10.2026
Niderland Serbiyanı məğlub etdi
Almaniya Yunanıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 00:55 05.10.2026
Almaniya Yunanıstanla heç-heçə etdi