- Millətlər liqası
- 00:58 06.10.2026
Millətlər Liqasında Kipr və Latviya milli komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Kiprin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 57-ci dəqiqədə açılıb. Latviya millisi hücumunu Eduard Daşkeviçin dəqiq zərbəsi ilə tamamlayıb. Yarımmüdafiəçi Vladislav Qutkovskinin ötürməsindən sonra topu Kiprin qapısından keçirərək komandasını önə keçirib – 0:1.
Kipr 13 dəqiqə sonra hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Yannis Kosti düzgün mövqedə olaraq Latviya millisinin qapısına yol tapıb – 1:1.
Qalan dəqiqələrdə hər iki komanda qələbə qolunu vurmağa çalışıb. Lakin son sözü Kipr millisi deyib. Qarşılaşmanın həlledici qolunu Markus Edvards vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.