6 oktyabr 2026. Çərşənbə axşamı

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi


İsveç Rumıniyanı minimal hesabla məğlub etdi

Oktyabrın 5-də UEFA Millətlər Liqasının qrup mərhələsində Rumıniya və İsveç milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İsveç millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İsveç yığması oyunun ilk dəqiqələrindən daha fəal olub. 13-cü dəqiqədə Sebastian Nanasi-nin ötürməsindən sonra Viktor Dyökeres fərqlənərək hesabı açıb – 0:1.

Qoldan sonra Rumıniya təşəbbüsü ələ almağa çalışsa da, İsveçin müdafiə xətti rəqibin hücumlarını inamla dəf edib.

İkinci hissədə meydan sahibləri fəallıqlarını artıraraq hesabı bərabərləşdirmək üçün daha çox hücum təşkil ediblər. Rumıniya futbolçuları İsveçin cərimə meydançasına qədər irəliləməyi bacarsalar da, yaratdıqları imkanlardan yararlana bilməyiblər.

Beləliklə, qarşılaşma İsveçin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi