21 noyabr 2026. Şənbə

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ilki göstəriciyə imza atıb


Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ilki göstəriciyə imza atıb

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı göstəriciyə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, yarımmüdafiəçi bu nailiyyətini oktyabrın 5-də UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Belçika üzərində 4:1 hesablı qələbə qazanılan görüşdə reallaşdırıb.

Olise qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə edib.

26 yaşlı futbolçu Fransa millisində keçirdiyi 29 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, 1958-ci ildən bəri Fransa yığmasında həm qol, həm də məhsuldar ötürmə sayında ikirəqəmli göstəriciyə ən tez çatan oyunçu olub.

Qeyd edək ki, 68 il əvvəl Raymon Kopa bu göstəriciyə 28 oyunda nail olmuşdu.







Millətlər liqası

 “O, futbolun ən yaxşılarından biridir”
  • Millətlər liqası
  • 23:43 19.11.2026
“O, futbolun ən yaxşılarından biridir”
“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb