- Millətlər liqası
- 01:53 07.10.2026
UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsində IV turun növbəti oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə millisi Londondakı “Uembli” stadionunda Çexiya yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 27-ci dəqiqədə açılıb. Çexiya millisinin müdafiəçisi Vladimir Tsoufal topu öz qapısına göndərib.
İngiltərənin üstünlüyünü 40-cı dəqiqədə Harri Keyn artırıb. Təcrübəli hücumçu 57-ci dəqiqədə daha bir dəfə fərqlənərək dublunu rəsmiləşdirib və yekun hesabı müəyyənləşdirib – 3:0.
Beləliklə, İngiltərə millisi qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Növbəti turda İngiltərə noyabrın 12-də Xorvatiya ilə qarşılaşacaq. Çexiya isə eyni gün İspaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya yığmasıdır. Portuqaliya finalda İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib.