- Millətlər liqası
- 01:53 07.10.2026
UEFA Millətlər Liqasının qrup mərhələsində Şotlandiya və Sloveniya yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Qlazqoda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şotlandiya 31-ci dəqiqədə Rayan Kristinin qolu ilə hesabı açıb. Meydan sahibləri fasiləyə minimal üstünlüklə yollanıblar.
İkinci hissədə Sloveniya oyunun gedişini dəyişməyi bacarıb. 56-cı dəqiqədə Aleyo Matko hesabı bərabərləşdirib.
Sloveniya 71-ci dəqiqədə Daniel Şturmun qolu ilə hesabı 2:1-ə çatdırıb.
Qalan dəqiqələrdə hesab dəyişməyib və Sloveniya Şotlandiya səfərindən 3 xalla ayrılıb.