- Millətlər liqası
- 01:53 07.10.2026
UEFA Millətlər Liqasının qrup mərhələsində Albaniya və San-Marino yığmaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Albaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri 23-cü dəqiqədə Kristyan Aslaninin qolu ilə hesabı açıblar. İlk hissə Albaniyanın minimal üstünlüyü ilə yekunlaşıb.
San-Marino ikinci hissədə hesabı bərabərləşdirməyə nail olub. 66-cı dəqiqədə Lorenzo Latszari fərqlənərək hesabı 1:1 edib.
Qalib komanda isə əlavə vaxtda müəyyənləşib. 93-cü dəqiqədə Albaniya penalti qazanıb. Zərbəni dəqiq yerinə yetirən Aslani dublunu rəsmiləşdirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, Albaniya Millətlər Liqasında vacib 3 xal əldə edib.