21 noyabr 2026. Şənbə

İsveçrə Şimali Makedoniyanı darmadağın etdi


İsveçrə Şimali Makedoniyanı darmadağın etdi

UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçrə və Şimali Makedoniya yığmaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İsveçrə 43-cü dəqiqədə Fabian Riederin qolu ilə hesabı açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissədə İsveçrə fərqi artırıb. 73-cü dəqiqədə Yohann Manzambi hesabı 2:0 edib.

Qonaqların oyuna qayıtmaq cəhdləri nəticə verməyib. 81-ci dəqiqədə Dan Ndoye fərqlənərək yekun hesabı müəyyənləşdirib – 3:0.

Beləliklə, İsveçrə Millətlər Liqasında inamlı qələbə qazanıb.







Millətlər liqası

 “O, futbolun ən yaxşılarından biridir”
  • Millətlər liqası
  • 23:43 19.11.2026
“O, futbolun ən yaxşılarından biridir”
“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb