- Millətlər liqası
- 01:55 07.10.2026
UEFA Millətlər Liqasının qrup mərhələsində Belarus və Finlandiya yığmaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Belarus millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri artıq 14-cü saniyədə hesabı açıblar. Artem Şumanski fərqlənərək Belarus millisinin rəsmi oyunlarda ən sürətli qolunun müəllifi olub.
Belarus 15-ci dəqiqədə hesabı artırmaq üçün əla şans əldə edib. Lakin Zaxar Volkov penaltini dəqiq yerinə yetirə bilməyib. Finlandiya millisinin qapıçısı Lukas Hradeçki zərbəni dəf edib.
Qalan dəqiqələrdə Finlandiya hesabı bərabərləşdirməyə çalışsa da, Belarusun müdafiəsi etibarlı oyun nümayiş etdirib.
Beləliklə, Belarus yığması Finlandiya üzərində 1:0 hesablı qələbə qazanıb.