- Millətlər liqası
- 01:55 07.10.2026
UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstan və Farer adaları yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.
Farer adaları 22-ci dəqiqədə Knudsenin qolu ilə hesabı açıb. Qonaqlar 63-cü dəqiqədə Turinin fərqlənməsi ilə üstünlüyünü iki topa çatdırıb.
Qazaxıstan bundan sonra geridönüş edib. 68-ci dəqiqədə Sergey Malıy fərqi azaldıb, 76-cı dəqiqədə Nurali Alip hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə hesab dəyişməyib və komandalar meydanı 2:2 hesablı heç-heçə ilə tərk ediblər.