21 noyabr 2026. Şənbə

“Liverpul”un futbolçusu Fransa millisinin oyununu zədə səbəbindən buraxdı


“Liverpul”un futbolçusu Fransa millisinin oyununu zədə səbəbindən buraxdı

“Liverpul”un müdafiəçisi Jeremi Jakenin Fransa millisinin UEFA Millətlər Liqasında Belçikaya qarşı keçirdiyi oyunda iştirak etməməsinin səbəbi bəlli olub.

90deqiqe.Az-ın “Onefootball"a istinadən məlumatına görə, 21 yaşlı futbolçu sol budunun arxa əzələsində dartılma səbəbindən qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Jake bundan əvvəl Fransa millisinin iki oyununda meydana çıxıb. Fransa Futbol Federasiyasının məlumatına əsasən, futbolçunun zədəsi yüngül qiymətləndirilib.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan da Jakenin zədəsinin ciddi olmadığını bildirib.

Bu, beynəlxalq fasilə zamanı “Liverpul”da yaşanan növbəti zədə halıdır. Daha əvvəl Aleksandr İsak və Kodi Qakpo da müxtəlif zədələr səbəbindən millilərinin düşərgəsini vaxtından əvvəl tərk ediblər.







Millətlər liqası

 “O, futbolun ən yaxşılarından biridir”
  • Millətlər liqası
  • 23:43 19.11.2026
“O, futbolun ən yaxşılarından biridir”
“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb