7 oktyabr 2026. Çərşənbə

“Start heyətində olmamağıma görə əsəbiləşsəm də...”


“Start heyətində olmamağıma görə əsəbiləşsəm də...”

İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino UEFA Millətlər Liqasında Xorvatiya ilə oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Teledeporte” təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

 “Komandama kömək edə bildiyim üçün çox şadam. Bu oyunda da ehtiyatdan meydana çıxdım. Start heyətində yer almamağıma görə əsəbiləşsəm belə, meydana maksimum motivasiya ilə çıxmaq lazımdır. Əsas heyətdə başlayan digər futbolçular kimi mən də komandaya töhfə verməyə çalışdım”

Məşqçi ona nə deyib?

Merino meydana daxil olmazdan əvvəl baş məşqçinin ona nə tapşırdığını da açıqlayıb:

“Dedi ki, meydana çıx və bacardığını et: topa nəzarət et, topu itirdikdən sonra pressinq et. Çünki rəqib bizə daha çox təzyiq göstərməyə və gərginlik yaratmağa başlamışdı. Daha sonra hücumlara qoşulmağımı və cərimə meydançasına daxil olmağımı istədi”.

“İspaniyanın hələ limiti yoxdur”

Merino komandanın uğurlu seriyasından da danışıb:

“Ümid edirəm ki, bu limiti heç vaxt görməyəcəyik. Həmişə daha yüksəyə baxırıq və anlayırıq ki, istənilən anda bu seriya dayana bilər”.

Qeyd edək ki, İspaniya yığması Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Merino ikinci hissənin əvvəlində meydana daxil olub və dubl edərək komandasına qələbə qazandırıb.İspaniya 12 xalla qrupda liderdir. İngiltərənin 9, Xorvatiyanın 3, Çexiyanın isə 0 xalı var.







Millətlər liqası

Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı
Qazaxıstan Farer adaları ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:36 07.10.2026
Qazaxıstan Farer adaları ilə heç-heçə etdi
Belarus Finlandiyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 01:30 07.10.2026
Belarus Finlandiyanı minimal hesabla məğlub etdi
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi
  • Millətlər liqası
  • 01:27 07.10.2026
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi
Bolqarıstan Lüksemburqu məğlub etdi
  • Millətlər liqası
  • 01:22 07.10.2026
Bolqarıstan Lüksemburqu məğlub etdi