- Millətlər liqası
- 01:55 07.10.2026
İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasında Çexiya üzərində qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə “ITV”yə açıqlamasında bildirib.
“Şəxsi olaraq mənim və bütün komanda üçün ideal axşam oldu. Çətin keçən toplanışı “Uembli”də belə başa vurmaq xoşdur. İngiltərə bu gün möhtəşəm futbol nümayiş etdirdi.
Hər şey ilk oyundan başladı. İspaniyaya 2:3 hesabı ilə məğlub olsaq da, nəticə əldə edə bilmədik. Ancaq həmin görüş başlanğıc nöqtəsi oldu və bundan sonra yalnız inkişaf etdik”
Qeyd edək ki, “üç şir” Çexiyanı 3:0 hesabı ilə məğlub edib. “Bavariya”nın 33 yaşlı forvardı görüşdə dubl edib. Keyn 40-cı və 57-ci dəqiqələrdə fərqlənib. Bundan əvvəl isə Vladimir Tsoufal topu öz qapısına göndərib.
Harri Keyn İngiltərə millisində keçirdiyi oyunların sayında rekorda şərik olub. O, Piter Şiltonun göstəricisini təkrarlayaraq milli komandada 125-ci matçına çıxıb.