9 oktyabr 2026. Cümə

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb


Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenso Montella ilə yolları ayırmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, TFF-nin kritik iclası başa çatıb. Federasiyanın prezidenti İbrahim Hacıosmanoğlu növbədənkənar qurultay keçirilməsi tələbini qəbul etməyərək vəzifəsində qalacağını açıqlayıb. Bundan sonra TFF İdarə Heyətinin üzvləri Məcnun Otyakmaz, Mustafa Bozbağ, Zəfər Bahadır Saraç, Bilal Arslan və Murat Şahin istefa veriblər.

İclasdan sonra federasiya qəbul edilən qərarları açıqlayıb. Qərarlardan biri də Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella ilə əməkdaşlığın dayandırılması olub.

TFF-nin açıqlamasında bildirilib: “A milli komandamızın baş məşqçisi cənab Vinçenso Montella ilə əməkdaşlığı davam etdirməmək qərarı qəbul edilib”.







Millətlər liqası

Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı
Qazaxıstan Farer adaları ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:36 07.10.2026
Qazaxıstan Farer adaları ilə heç-heçə etdi
Belarus Finlandiyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 01:30 07.10.2026
Belarus Finlandiyanı minimal hesabla məğlub etdi
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi
  • Millətlər liqası
  • 01:27 07.10.2026
İsveçrə Şimali Makedoniyanı darmadağın etdi