- Millətlər liqası
- 22:29 10.10.2026
Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Pedro Proensa hücumçu Kriştiano Ronaldonun noyabrda keçiriləcək beynəlxalq fasilə zamanı milli komandaya qayıdacağını gözlədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Record” nəşri funksionerin sözlərini belə çatdırıb.
“Federasiya, baş məşqçi və komandanın bütün üzvləri eyni fikirdədir: Kriştianonun qayıtmasını istəyirik. O da qayıtmağa hazırdır. Onun artıq noyabrda keçiriləcək beynəlxalq fasilə zamanı komandaya dönəcəyini gözləyirəm”
Qeyd edək ki, FPF oktyabrın 10-da Ronaldonu müvəqqəti olaraq milli komandanın oyunlarından kənarlaşdırıb. Sentyabrın sonunda isə futbolçu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişəyə görə komandanın düşərgəsini özbaşına tərk edib. Ronaldo həmin vaxt baş məşqçinin verdiyi vədləri yerinə yetirmədiyini bildirmişdi.