- Millətlər liqası
- 23:48 20.10.2026
53 yaşlı mütəxəssis Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Yalçınla dördillik müqavilə imzalanacaq. O, bu vəzifədə UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyətdən sonra komandadan ayrılan Vinçenso Montellanı əvəz edəcək.
Sergen Yalçın 2026-cı ilin mayından, “Beşiktaş”ın baş məşqçisi postunu tərk etdikdən sonra işsiz idi. O, karyerası ərzində “Antalyaspor”, “Malatyaspor”, “Alanyaspor”, “Konyaspor” və digər Türkiyə klublarına da rəhbərlik edib.
Qeyd edək ki, Türkiyə millisinin növbəti oyunları noyabr ayında keçiriləcək. Sergen Yalçının rəhbərlik edəcəyi komanda UEFA Millətlər Liqasında Belçika və Fransa ilə qarşılaşacaq.