- Millətlər liqası
- 22:54 26.10.2026
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün Portuqaliya millisinin ilkin heyətinə daxil edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “O JOGO” nəşri məlumat yayıb.
Baş məşqçi Jorje Jezuşun ilkin siyahısında Ronaldonun komanda yoldaşları Joau Feliks və Samu Koşta da yer alıblar.
Portuqaliya millisi noyabrın 14-də Braqa şəhərində Danimarka ilə, noyabrın 17-də isə Kardiffdə Uels yığması ilə qarşılaşacaq. Komandanın yekun heyəti noyabrın 6-da açıqlanacaq.
Qeyd edək ki, sentyabrda baş məşqçi ilə fikir ayrılığı yaşayan Ronaldo Danimarka ilə oyun ərəfəsində milli komandanın düşərgəsini tərk etmişdi. Bundan bir neçə gün əvvəl isə o, Osloda Norveçə qarşı keçirilən matçda iştirak etməmişdi.
Nəticədə Portuqaliya Futbol Federasiyasının intizam şurası Ronaldonu 30 günlük diskvalifikasiya ilə cəzalandırıb. Cəzanın müddəti oktyabrın 30-da başa çatır.
Ronaldo Portuqaliya millisinin heyətində keçirdiyi oyunların sayına (234) və vurduğu qolların sayına (146) görə rekordçudur. O, milli komanda ilə 2016-cı ildə Avropa çempionatının, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.