5 noyabr 2026. Cümə axşamı

"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb


"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, o, UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-17-də yığmanın düşərgəsində olmalıdır.

Moldova seçməsi noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.

UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.







Millətlər liqası

"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb
  • Millətlər liqası
  • 15:00 05.11.2026
"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək