- Millətlər liqası
- 22:15 05.11.2026
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldonun milli komanda və dünya futbolu üçün əhəmiyyətini dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis ulduz futbolçunun illər ərzində yığmaya böyük töhfə verdiyini və Portuqaliya gəncləri üçün nümunə olduğunu bildirib.
“Kriştiano dünya miqyaslı şəxsiyyət, Portuqaliyanın və milli komandanın simvoludur. Bu illər ərzində yığmaya çox böyük töhfə verib. O, portuqaliyalı gənclər üçün örnəkdir. Onun azarkeşlərinin əksəriyyətini gənclər təşkil edir. O, əbədi olaraq komandamızın, xalqımızın və tariximizin bir parçası olaraq qalacaq”, – deyə baş məşqçinin sözlərini “Record” nəşri yayıb.
Qeyd edək ki, Kriştiano Ronaldo noyabrın 5-də beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. Hücumçu 2003-cü ildən Portuqaliya millisində çıxış edib və yığma ilə üç titul qazanıb.