- Millətlər liqası
- 22:15 05.11.2026
Braziliyalı futbolçu Neymar Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun yığmadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, Neymar portuqaliyalı futbolçunun paylaşımına şərh yazaraq onu “Əfsanə” adlandırıb.
Kriştiano Ronaldo noyabrın 5-də sosial şəbəkə hesabında yayımladığı beş dəqiqəlik video vasitəsilə qərarını açıqlayıb.
Xatırladaq ki, Kriştiano Ronaldo 2003-cü ildən Portuqaliya millisinin heyətində çıxış edib. O, yığmanın formasında 234 oyun keçirib və 146 qol vurub.
Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olan futbolçu, həmçinin iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.