6 noyabr 2026. Cümə

KONKAKAF Millətlər Kubokunun formatını dəyişib


KONKAKAF Millətlər Kubokunun formatını dəyişib

Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi ölkələrinin milli komandalarının iştirak etdiyi KONKAKAF Qızıl Kubokunun formatında dəyişiklik edilib.

90deqiqe.Az-ın məlumatına görə, KONKAKAF-ın qərarına əsasən, turnirin qrup mərhələsində əvvəlki dörd qrup əvəzinə səkkiz komandadan ibarət iki qrup yaradılacaq.

Yeni formatla hər bir milli komanda qrup mərhələsində üç deyil, dörd oyun keçirəcək.

Təşkilatın prezidenti Viktor Montalyani bildirib ki, dəyişiklik turnirin rəqabət səviyyəsini və azarkeşlər üçün marağını artırmağa xidmət edir:

“Azarkeşlərimiz regionun ən güclü komandalarının bir-biri ilə mübarizəsini izləmək istəyirlər. Yeni format turnirin erkən mərhələlərindən etibarən belə qarşılaşmaların sayını artıracaq. Eyni zamanda, hər oyunun əhəmiyyəti olacaq. Komandalar pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar. Hesab edirik ki, bu dəyişiklik Qızıl Kuboku ilk oyundan finaladək daha rəqabətli və maraqlı edəcək”.

Qeyd edək ki, Qızıl Kubok iki ildən bir təşkil olunur. Turnirdə 16 milli komanda iştirak edir. Onlardan 15-i KONKAKAF Millətlər Liqası vasitəsilə vəsiqə qazanır, daha bir komanda isə dəvət əsasında yarışa qatılır.

Turnirin ən titullu komandası 10 dəfə çempion olan Meksika millisidir. ABŞ yığması 7, Kanada isə 1 dəfə kuboku qazanıb. Növbəti Qızıl Kubok 2027-ci ildə keçiriləcək.







Millətlər liqası

"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb
  • Millətlər liqası
  • 15:00 05.11.2026
"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb