6 noyabr 2026. Cümə

Zidan Mbappenin Fransa millisində hansı mövqedə oynayacağını açıqladı


Zidan Mbappenin Fransa millisində hansı mövqedə oynayacağını açıqladı

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan hücumçu Kilian Mbappenin yığmada hansı mövqedə çıxış edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Zidan futbolçunun müxtəlif mövqelərdə oynamaq imkanına malik olduğunu bildirib:

“Kilian bir neçə mövqedə çıxış edə bilər. Bu dəfəki beynəlxalq fasilədə onun hazırda daha çox üstünlük verdiyi mövqedə – mərkəz hücumçusu kimi də oynamaq imkanı olacaq”, – deyə Zidanın sözlərini “The Touchline” yayıb.

Qeyd edək ki, Zidanın təyinatından sonra Mbappe millinin yalnız bir oyununda iştirak edib. Həmin qarşılaşmada hücumçu adətən “Real”da olduğu kimi mərkəz hücumçusu deyil, sol cinah oyunçusu kimi çıxış edib.

Xatırladaq ki, noyabr toplanışı üçün Fransa millisinin heyəti açıqlanıb. Zidanın komandası İtaliya və Türkiyə yığmaları ilə qarşılaşacaq.







Millətlər liqası

"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb
  • Millətlər liqası
  • 15:00 05.11.2026
"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb