- Millətlər liqası
- 23:59 06.11.2026
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan PSJ-nin vingeri Dezire Due barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis noyabr toplanışı üçün milli komandaya dəvət etdiyi futbolçunun oyununu yüksək qiymətləndirib və onda özünün futbolçu olduğu dövrdən bəzi xüsusiyyətlər gördüyünü bildirib.
“Mən onda futbolçu olduğum vaxtkı özümdən bir parça görürəm. Onun son vaxtlar nümayiş etdirdiyi oyun möhtəşəmdir. O, inkişaf etmək, qalib gəlmək istəyir. Hər deyiləni böyük diqqətlə dinləyir.
Mən də inkişaf etmək, daha təcrübəli futbolçuların və ətrafımdakı insanların məsləhətlərinə qulaq asmaq istəyirdim. Düşünürəm ki, Due də məhz bunu edir. Həm də bunu çox yaxşı bacarır”, – deyə Zidanın sözlərini “The Touchline” nəşri yayıb.
Qeyd edək ki, Fransa millisi noyabr toplanışı çərçivəsində Millətlər Liqasında İtaliya və Türkiyə yığmaları ilə qarşılaşacaq.