- Millətlər liqası
- 23:59 06.11.2026
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş “Monza”nın hücumçusu Qustavu Varelanın çıxışını yüksək qiymətləndirib və onu yığmaya dəvət etməsinin səbəbini açıqlayıb.
-ın məlumatına görə, “Football Italia” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Varela İtaliya futbolunun ən yaxşı bombardiridir. Belə nəticə göstərmək üçün xüsusi keyfiyyətlərə malik olmaq lazımdır. Məhz buna görə onu milliyə dəvət etmək qərarına gəldim. Üstəlik, onun cəmi 21 yaşı var”
Varelanın uğurlu çıxışı artıq aparıcı klubların da diqqətini cəlb edib. Belə ki, “Napoli” onu hücum xəttini gücləndirmək üçün mümkün namizədlərdən biri kimi nəzərdən keçirir. Lakin “Monza” hələlik hücumçusunu satmaq niyyətində deyil.
Qeyd edək ki, 21 yaşlı portuqaliyalı futbolçu cari mövsüm A Seriyasının kəşflərindən biri hesab olunur. Varela səkkiz qolla çempionatın bombardirlər yarışına başçılıq edir. O, “Kalyari” ilə matçda dubl edib, “Torino” ilə görüşdə də fərqlənib.