- Millətlər liqası
- 23:59 06.11.2026
Türkiyə milli komandasının UEFA Millətlər Liqasının A Divizionunda Belçika və Fransa yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
90deqiqe.Az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millinin yeni baş məşqçisi Sərgən Yalçın qarşıdakı görüşlər üçün 26 futbolçuya dəvət göndərib.
Komandanın heyəti aşağıdakı kimidir:
Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdelen, Uğurcan Çakır.
Müdafiəçilər: Abdülkerim Bardakçı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Demiral, Mustafa Eskihellaç, Ozan Kabak, Zeki Çelik.
Yarımmüdafiəçilər: Arda Gülər, Can Uzun, Hakan Çalhanoğlu, İsmail Yüksək, Orkun Kökçü, Salih Özcan.
Hücumçular: Aral Şimşir, Barış Alper Yılmaz, Dəniz Gül, Enes Ünal, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün.