7 noyabr 2026. Şənbə

İtaliya millisindən 18 yaşlı futbolçuya ilk dəvət


İtaliya millisindən 18 yaşlı futbolçuya ilk dəvət

İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Udineze”nin müdafiəçisi Matteo Palmanı Millətlər Liqasının Fransa və Belçika ilə oyunları üçün heyətə dəvət edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Almaniyada anadan olan 18 yaşlı futbolçu İtaliya millisində ilk dəfə oynamaq şansı qazanıb. Daha əvvəl FIFA onun idman vətəndaşlığını dəyişməsinə razılıq verib.

Palma zədə səbəbindən milliyə qoşula bilməyən “Roma”nın müdafiəçisi Canluka Mançininin əvəzinə heyətə daxil edilib.

İtaliya noyabrın 12-də Milanda “Cüzeppe Meatsa” stadionunda Fransa, noyabrın 15-də isə Brüsseldə “Roi Boduen” stadionunda Belçika ilə qarşılaşacaq. Bu oyunlar italyanlar üçün Millətlər Liqasının qrup mərhələsində son matçlar olacaq.







Millətlər liqası