- Millətlər liqası
- 20:28 09.11.2026
“Sanderlend”in kapitanı Qranit Caka zədələndiyi üçün İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
90deqiqe.Az-ın "Goal" nəşrinə istinadən məlumatına görə, yarımmüdafiəçi İngiltərə çempionatının 10-cu turunda “Çelsi” ilə keçirilən və 1:0 hesabı ilə başa çatan matçda baldır əzələsindən zədə alıb.
Caka zədənin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün bazar ertəsi səhər MRT müayinəsindən keçib. İlkin məlumata əsasən, futbolçu Millətlər Liqasında Sloveniya və Şotlandiya yığmalarına qarşı oyunları buraxacaq.
Qeyd edək ki, Caka əvvəlki toplanışı buraxdıqdan sonra yenidən milli komandaya qayıtmalı idi. Onun əvvəlki toplanışda iştirak etməməsinə koronavirusla bağlı saxta peyvənd sertifikatı qalmaqalı səbəb olmuşdu.
İsveçrə millisi B Liqasındakı qrupunda keçirdiyi dörd oyunun hamısında qələbə qazanaraq liderlik edir.