9 noyabr 2026. Bazar ertəsi

“İnter”in hücumçusu Fil Dişi Sahili millisinin oyunlarını buraxacaq


“İnter”in hücumçusu Fil Dişi Sahili millisinin oyunlarını buraxacaq

“İnter”in hücumçusu Anj-Yoan Bonni zədə səbəbindən Fil Dişi Sahili millisinin Afrika Millətlər Kubokunun seçmə mərhələsində Qambiyaya qarşı keçirəcəyi iki oyunda iştirak edə bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə ölkənin milli komandasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu A Seriyasının son turunda “Komo”ya qarşı keçirilən və “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatan matçda zədələnib.

Bonni noyabrın 12-də və 17-də baş tutacaq görüşlərdə meydana çıxmalı idi. Onun əvəzinə Avstriyanın “Şturm” klubunda çıxış edən Umar Diakite milliyə dəvət olunub.

Qeyd edək ki, 23 yaşlı Bonni Fil Dişi Sahili millisində indiyədək yeddi oyun keçirib. O, cari mövsümdə “İnter”in heyətində bütün turnirlərdə 14 matçda üç qol vurub.







Millətlər liqası