- Millətlər liqası
- 23:32 09.11.2026
İngiltərə Premyer Liqasının 10-cu turunda “Kristal Pelas”la keçirilən oyunda Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslay zədələnərək matçı vaxtından əvvəl tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, bu səbəbdən futbolçunun noyabrda keçiriləcək milli komandanın oyunlarında iştirakı sual altındadır.
Macarıstan Futbol Federasiyasının məlumatına görə, yarımmüdafiəçi tibbi müayinədən keçəcək. Onun UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan və Şimali İrlandiya ilə qarşılaşmalarda meydana çıxıb-çıxmayacağı müayinənin nəticəsindən asılı olacaq.
“Liverpul”un futbolçusu cari mövsümdə bütün turnirlərdə 11 matçda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə verib. Komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.