10 noyabr 2026. Çərşənbə axşamı

Dominik Soboslai zədəsinə baxmayaraq Macarıstan millisinin düşərgəsində qalacaq


Dominik Soboslai zədəsinə baxmayaraq Macarıstan millisinin düşərgəsində qalacaq

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai dizindən zədələnməsinə baxmayaraq, Macarıstan millisinin düşərgəsini tərk etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Macarıstan millisinin mətbuat xidməti UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan və Şimali İrlandiya ilə noyabrın 14-də və 17-də keçiriləcək oyunlar öncəsi məlumat yayıb.

“Dominik Soboslai standart tibbi müayinədən keçib. Diz bağlarının dartılmasından sonra milli komandanın tibbi heyəti kapitanın mümkün qədər tez məşqçilər korpusunun sərəncamına qayıtması üçün yaxın günlərdə əlindən gələni edəcək.

Lakin onun oyunlarda iştirak edib-etməyəcəyi ilə bağlı qərarın son anda verilməsi ehtimalı azdır”, – deyə Macarıstan Futbol Federasiyasının “X” sosial şəbəkəsindəki açıqlamasında bildirilib.







Millətlər liqası