10 noyabr 2026. Çərşənbə axşamı

Mbappe və Yamal Messi ilə Ronaldonun yerini tutacaq?


Mbappe və Yamal Messi ilə Ronaldonun yerini tutacaq?

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lionel Messi və Kriştiano Ronaldodan sonra dünya futbolunun əsas simalarına çevriləcək futbolçuların adlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, onun fikrincə, bu sırada Madrid “Real”ının hücumçusu Kilian Mbappe və “Barselona”nın futbolçusu Lamin Yamal yer alır.

“Onlar futbolda bütöv bir dövr yaradacaqlar. Buna əminəm. Futbol üçün hamıya nümunə olan yalnız bir ulduzun deyil, bir neçə parlaq futbolçunun olması çox yaxşıdır. İki və ya üç oyunçu insanlara ilham verməli, diqqəti cəlb etməli və oyuna maraq yaratmalıdır. Onlar idmanın mahiyyətini – hər zaman sağlam rəqabət olaraq qalmalı olan mübarizəni təcəssüm etdirməlidirlər”, – deyə De la Fuentenin sözlərini "Goal" nəşri sitat gətirib.

Xatırladaq ki, İspaniya millisinin baş məşqçisi daha əvvəl Messi və Ronaldo barədə də fikirlərini bölüşərək hər iki futbolçuya böyük rəğbət bəslədiyini bildirmişdi.







Millətlər liqası