11 noyabr 2026. Çərşənbə

“İnter”in futbolçusu zədə səbəbindən millinin düşərgəsini tərk etdi


“İnter”in futbolçusu zədə səbəbindən millinin düşərgəsini tərk etdi

“İnter”in yarımmüdafiəçisi Aleksandar Stankoviç sağ budunun adduktor əzələsindəki zədə səbəbindən Serbiya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italia” məlumat yayıb.

Bazar ertəsi keçirilən məşq zamanı futbolçu sağ qasıq nahiyəsində ağrı hiss edib. Tibbi müayinədən sonra onun sağ budunun adduktor əzələsində zədə aşkarlanıb.

Bununla əlaqədar Stankoviç millinin düşərgəsindən ayrılaraq Milana qayıdıb. O, bərpa prosesini klubun həkimlərinin nəzarəti altında davam etdirəcək.

Beləliklə, 21 yaşlı yarımmüdafiəçi Millətlər Liqası çərçivəsində Almaniya və Yunanıstan millilərinə qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Stankoviç zədə səbəbindən milli komandanın düşərgəsini vaxtından əvvəl tərk edən növbəti “İnter” futbolçusu olub. Daha əvvəl Fil Dişi Sahili millisinin üzvü Anj-Yoan Bonni və Fransa yığmasında çıxış edən Markus Türam da zədə səbəbindən komandalarının düşərgəsindən ayrılıblar.







Millətlər liqası